Baku Marathon Club olaraq, sizi ürəkdən salamlayır və bütün işlərinizdə, qaçış məşqlərinizdə və marafon qaçışında uğurlar arzu edirik.
Bildiyiniz kimi, bizim klub çağdaş Azərbaycanda ilk qaçış klubu olaraq, ən çox marafonçu yetişməsində əvəzsiz rol oynadığına görə qürurludur. Klubumuz heç bir qurumdan dotasiya almamaq ilə yanaşı, artıq 2015-ci ildən Azərbaycanda həvəskar qaçış mədəniyyəti yaratmaq və qaçış tək idmançılar üçün deyil, işguzar insanlar və tələbələr üçün də əlçatan edir. Bu illlər ərzində saysız-hesabsız tədbirlər, böyük tədbirlərin hissəsi kimi, Baku Marathon Club hər zaman dostlarımızın köməyi sayəsində hələ də ayaq üstədir və klub üzvlərimiz Azərbaycanda, eləcə də xaricdə ölkəmizi və klubumuzu qürurla beynəlxalq yarışlarda təmsil edirlər.